Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | Yaşamağa dəyərmi?

Vəziyyət dəyişir

Vəziyyət dəyişir

«Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirəməyiblər; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil» (2 KORİNFLİLƏRƏ 4:8).

Sui-qəsdə «müvəqqəti problemin həmişəlik həlli» deyiblər. Amma inanmaq çətin olsa da, sizə ağrı verən vəziyyət, hətta sizin əlinizdə olmasa belə, gözlənilmədən yaxşılığa tərəf dəyişə bilər. (« Onların vəziyyəti dəyişdi» adlı çərçivəyə baxın.)

Vəziyyət dəyişmədiyi halda belə, ən yaxşısı, problemləri bir-bir həll etməkdir. İsa peyğəmbər demişdi: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Matta 6:34).

Bəs əgər vəziyyəti dəyişmək əlinizdə deyilsə, onda nə etmək olar? Tutaq ki, sizin xroniki xəstəliyiniz var, yaxud da boşanma, əziz adamınızın ölümü kimi düzəlməz bir vəziyyət ucbatından ümidsizliyə qapılmısınız.

Bu cür vəziyyətlərdə belə dəyişə biləcəyiniz nəsə var — vəziyyətə baxışınız. Dəyişməsi əlinizdə olmayan vəziyyətlə barışsanız, vaxt ötdükcə vəziyyətə daha pozitiv mövqedən yanaşacaqsınız (Süleymanın məsəlləri 15:15). Belə olanda siz problemi həll etmək üçün yollar axtaracaq, ona son qoymaq üçün radikal vasitələrə əl atmayacaqsınız. Beləliklə, hətta sizə elə gəlsə də ki, vəziyyət sizdən asılı deyil, yavaş-yavaş vəziyyətə nəzarət etməyi öyrənəcəksiniz (Əyyub 2:10).

YADDA SAXLAYIN: bir addıma dağın başına çıxmaq mümkün deyil; problemlərinizi bir-bir həll edin. Bunu dağ kimi qarşınızda dayanan bir çox maneələrə aid etmək olar.

BU GÜN NƏ EDƏ BİLƏRSİNİZ? Probleminizi dostunuz və ya ailə üzvünüzlə bölüşün. Həmin adam sizə vəziyyətə tarazlı yanaşmağa kömək edə bilər (Süleymanın məsəlləri 11:14).