Kontentə keç

Mündəricatı göstər

Möcüzəvi element

Möcüzəvi element

Bir kitabda yazılıb: «Həyat üçün karbon qədər daha vacib ikinci bir element yoxdur» («Nature’s Building Blocks»). Karbon unikal xassələri sayəsində həm özü ilə, həm də digər kimyəvi elementlərlə birləşib milyonlarla birləşmələr əmələ gətirir. Bu birləşmələrin əksəriyyəti hələ də kəşf olunur və ya sintez edilir.

Karbon atomları zəncir, piramida, halqa, vərəq və boru kimi müxtəlif formalar ala bilir. Karbon həqiqətən də möcüzəvi elementdir!

ALMAZ

Almaz karbon atomlarının piramida formasında birləşməsi nəticəsində əmələ gəlir. Tetraedr adlanan bu piramida quruluşu möhkəm rabitə yaradır və almazın yüksək dərəcədə sərtliyini təmin edərək onu ən sərt təbii maddə edir. Xalis almaz saf karbondur.

QRAFİT

Sıx birləşmiş karbon atomları laylar yaradır. Bu paralel laylar bir-birinə sərbəst şəkildə birləşir. Layları üst-üstə yığılmış kağız vərəqləri kimi bir-birindən ayırmaq mümkündür. Belə xassəsinə görə qrafit həm sürtkü yağları qismində, həm də karandaş içi kimi istifadə olunur *.

QRAFEN

Qrafen bir atom qalınlığı olan və altıbucaqlı şəbəkə forması yaradan karbon laydır. Bu maddə poladdan dəfələrlə möhkəmdir. Karandaşla çəkilmiş xəttdə qrafenin bir və ya çox qatlı hissəcikləri ola bilər.

FÜLLEREN

Karbonun içərisi boş olan bu molekulları mikroskopik kürə, nanoborucuqlar adlanan boru və digər formalarda olur. Onlar nanometrlə ölçülür.

CANLI ORQANİZMLƏR

Bitkilərin, heyvanların və insanların hüceyrələri karbohidrat, yağ və amin turşularında rast gəlinən karbon elementindən təşkil olunub.

«[Allahın] gözəgörünməz keyfiyyətləri... yaradılmış şeylər vasitəsilə dərk edilir» (Romalılara 1:20).

^ abz. 7 «Oyanın!» jurnalının 2007-ci il iyul sayındakı «Kimdə karandaş var?» (türk.) adlı məqaləsinə baxın.