Kontentə keç

Mündəricatı göstər

Nə üçün vəftiz olunum?

Nə üçün vəftiz olunum?

FƏSİL 37

Nə üçün vəftiz olunum?

Doğru və ya yanlış olduğunu qeyd et:

Vəftiz məsihilər üçün şərtdir.

□ Doğru

□ Yanlış

Vəftizin əsas məqsədi səni günahdan çəkindirməkdir.

□ Doğru

□ Yanlış

Vəftiz xilasa yol açır.

□ Doğru

□ Yanlış

Vəftiz olunmamısansa, hərəkətlərinə görə Allahın qarşısında məsuliyyət daşımırsan.

□ Doğru

□ Yanlış

Dostlarının artıq vəftiz olunubsa, sən də vəftiz oluna bilərsən.

□ Doğru

□ Yanlış

ƏGƏR Allahın qanunlarına uyğun yaşayırsansa, Ona yaxınlaşmağa çalışırsansa və əqidən barədə başqalarına danışırsansa, vəftiz olunmaq barədə düşünməyin təbiidir. Bəs necə düşünürsən, bu addımı atmağa hazırsan? Gəl yuxarıdakı fikirləri müzakir edək.

Vəftiz məsihilər üçün şərtdir.

Doğru. İsa Məsih demişdi ki, onun şagirdləri vəftiz olunmalıdır (Mətta 28:19, 20). O özü də vəftiz olunmuşdu. Onun ardınca getmək üçün sən də vəftiz olunmalısan. Amma bu qərarı vermək üçün kifayət qədər yetkin olmalısan və bunu ürəkdən istəməlisən.

Vəftizin əsas məqsədi səni günahdan çəkindirməkdir.

Yanlış. Vəftiz olunan kəs hamıya bəlli edir ki, həyatını Allaha həsr edib. Həsrolunma sənə əslində görmək istədiyin şeyləri qadağan edən müqavilə deyil. Əksinə, Yehovanın normalarına uyğun yaşamaq istədiyin üçün həyatını Ona həsr edirsən.

Vəftiz xilasa yol açır.

Doğru. Müqəddəs Kitabda deyilir ki, vəftiz xilas olmaq üçün vacib addımdır (1 Butrus 3:21). Amma vəftiz bədbəxt hadisələr vaxtı bizi qoruyan sığorta sənədinə bənzəmir. İnsan Yehovanı sevdiyi və Ona bütün qəlbilə əbədiyyət boyu xidmət etmək istədiyi üçün vəftiz olunur (Mark 12:29, 30).

Vəftiz olunmamısansa, hərəkətlərinə görə Allahın qarşısında məsuliyyət daşımırsan.

Yanlış. Yaqub 4:17 ayəsində yazılıb: «Əgər kimsə düzgün işi necə görməyi bilir, amma görmürsə, o, günah edir». Şərt deyil insan vəftiz olunub, ya yox. Buna görə də nəyin düzgün olduğunu bilirsənsə, həyat yolun barədə düşünə biləcək qədər yetkinsənsə, bəlkə də indi bu barədə valideynlərinlə və ya yetkin məsihi ilə danışmağın əsl vaxtıdır. Onlar sənə vəftiz olunmağın üçün nə etməli olduğunu deyəcəklər.

Dostlarının artıq vəftiz olunubsa, sən də vəftiz oluna bilərsən.

Yanlış. Vəftiz olunmaq istəyi sənin ürəyindən gəlməlidir (Zəbur 110:3). Sən Yehovanın Şahidi olmağın nə demək olduğunu tam başa düşəndə və üzərinə bu öhdəliyi götürməyə hazır olduğuna əmin olanda vəftiz olmalısan (Vaiz 5:4, 5).

Həyatı dəyişən qərar

Vəftizdən sonra həyatın dəyişəcək. Bu qərar çoxlu nemətlərə yol açır. Həmçinin üzərinə böyük məsuliyyət qoyur. Yəni sən həsr olunarkən Yehovaya verdiyin sözə uyğun yaşamalısan.

Həyatını Allaha həsr etməyə hazırsan? Onda xoşbəxt insansan. Qarşında şərəfli bir yol açılıb: ömür boyu Yehovaya canla-başla xidmət edib Ona tam sədaqətini sübut edə bilərsən (Mətta 22:36, 37).

NÖVBƏTİ FƏSİLDƏ Ən yaxşı həyat yolunu seçmək üçün qarşına hansı məqsədləri qoya bilərsən?

AÇAR AYƏ

«Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin. Bu yolla siz ağılla ibadət etmiş olacaqsınız» (Romalılara 12:1).

MƏSLƏHƏT

Valideynlərinlə məsləhətləşib yığıncaqda kimdənsə xahiş et ki, sənə ruhani inkişaf etməyə kömək eləsin (Həvarilərin işləri 16:1—3).

BİLİRSƏN?

Vəftiz insanı xilas olmaq üçün işarələyir (Hizqiyal 9:4—6).

HƏRƏKƏT PLANI!

Vəftiz olunmaq üçün Müqəddəs Kitabdakı növbəti təlimləri daha dərindən öyrənəcəyəm: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Nə üçün vəftiz ciddi addımdır?

● Gəncin vəftiz olunmaq qərarını tez verməsinə səbəb nə ola bilər?

● Hansı səbəbə görə gənc həsrolunmanı və vəftizi yubada bilər?

[Yazı]

«Vəftiz olunduğumu yadda saxlamaq mənə düzgün qərarlar verməyə və yanlış yola qədəm qoymamağa kömək edirdi» (Holi).

[Çərçivə/şəkil]

Vəftizlə bağlı tez-tez verilən suallar

Vəftiz nəyin simvoludur? Suya tamamilə batırılıb çıxarılmaq o deməkdir ki, sən özün üçün yaşadığın həyat tərzi üçün ölüb, Yehovanın iradəsini yerinə yetirmək üçün dirilirsən.

Həyatını Yehovaya həsr etmək nə deməkdir? O deməkdir ki, sən özünü inkar edirsən və hər şeydən öncə Yehovanın iradəsini yerinə yetirəcəyinə söz verirsən (Mətta 16:24). Vəftiz olunmazdan əvvəl dua edib özünü Yehovaya həsr etmək lazımdır.

Vəftiz olunmaq üçün necə bir həyat sürmək lazımdır? Allahın Kəlamında yazılanlara uyğun yaşamaq və imanın barədə başqalarına danışmaq lazımdır. Həmçinin dua etməklə və Allahın Kəlamını araşdırmaqla Onunla dostluq münasibətini möhkəmləndirmək lazımdır. Başqaları səni məcbur edir deyə yox, öz istəyinlə Yehovaya xidmət etməlisən.

Vəftiz olmaq üçün neçə yaşda olmalısan? Yaş vacib amil deyil. Bununla belə, həsrolunmanın mənasını başa düşmək üçün kifayət qədər böyük olmalısan, yetkin olmalısan.

Bəs əgər sən vəftiz olunmaq istəyirsən, amma valideynlərin deyir bir az gözlə, onda necə? Görünür onlar istəyir ki, sən məsihi həyatında bir az təcrübə qazanasan. Onların məsləhətinə qulaq as, bu vaxtdan Yehova ilə dostluq münasibətini inkişaf etdirmək üçün istifadə et (1 İşmuil 2:26).

[Çərçivə]

Cədvəl

Vəftiz olunmaq barədə düşünürsən?

Aşağıdakı suallar və fikirlər vasitəsilə vəftizə nə dərəcədə hazır olub-olmadığını müəyyənləşdir. Cavablarını yazmazdan əvvəl gətirilmiş ayələri oxu.

Hal-hazırda Yehovaya etibar etdiyin nələrdən görünür? (Zəbur 71:5). ․․․․․

Ağlını yaxşını pisdən ayırmağa öyrəşdirdiyin nədən görünür? (İbranilərə 5:14). ․․․․․

Nə qədər çox dua edirsən? ․․․․․

Konkret mövzular barədə dua edirsən? Duaların Yehovaya olan məhəbbətin haqda nə deyir? (Zəbur 17:6). ․․․․․

Dualarınla bağlı məqsədlərini yaz. ․․․․․

Müqəddəs Kitabı müntəzəm mütaliə edirsən? (Yuşə 1:8). ․․․․․

Fərdi mütaliəndə nələri araşdırırsan? ․․․․․

Fərdi mütaliənlə bağlı məqsədlərini yaz. ․․․․․

Təbliğ xidmətin səmərəlidir? (Məsələn: Müqəddəs Kitabın əsas təlimlərini kiməsə izah edə bilirsən? Maraq göstərən insanla təkrar söhbət edirsən? Müqəddəs Kitab dərsi başlamaq üçün əlindən gələni edirsən?)

□ Bəli □ Xeyr

Valideynlərin xidmətə çıxmayanda da sən çıxırsan? (Həvarilərin işləri 5:42).

□ Bəli □ Xeyr

Təbliğ xidmətinlə bağlı məqsədlərini yaz (2 Timutiyə 2:15). ․․․․․

Yığıncaq görüşlərində müntəzəm, yoxsa hərdənbir iştirak edirsən? (İbranilərə 10:25). ․․․․․

Görüşlərdə fəal olduğun nədən görünür? ․․․․․

Valideynlərin görüşlərdə iştirak etməyəndə də sən iştirak edirsən (əgər onlar icazə verirlərsə)?

□ Bəli □ Xeyr

Allahın istəyini ürəkdən yerinə yetirirsən? (Zəbur 40:8).

□ Bəli □ Xeyr

Həmyaşıdlarının təsirinə uymadığın hallar olubsa, onları yaza bilərsən? (Romalılara 12:2). ․․․․․

Yehovaya məhəbbətinin soyumaması üçün nə etməyi məqsəd qoymusan? (Yəhuda 20, 21). ․․․․․

Valideynlərin və dostların Yehovaya ibadət etməyi dayandırsalar, sən ibadət etməyə davam edərsən? (Mətta 10:36, 37).

□ Bəli □ Xeyr

[Şəkil]

Nikah kimi vəftiz də insanın həyatını dəyişir. Bu addıma qeyri-ciddi yanaşmaq olmaz