Kontentə keç

Mündəricatı göstər

Daha çox məlumat almaq istəyərdinizmi?

Daha çox məlumat almaq istəyərdinizmi?

Bu broşürdə oxuculara Müqəddəs Kitabın qısa, eyni zamanda, maraqlı icmalı təqdim olunur. Lakin burada Müqəddəs Kitabın hər mövzu ilə bağlı nə öyrətdiyi təfərrüatı ilə izah olunmur.

Məsələn, Müqəddəs Kitabın növbəti suallara necə cavab verməsi yəqin sizi də maraqlandırır: Allah həqiqətən də şəxsən mənim qayğıma qalırmı? İnsan öləndə onunla nə baş verir? Həyatda xoşbəxtliyi necə tapmaq olar?

Bu və digər maraqlı suallara Yehovanın Şahidləri tərəfindən dərc olunan «İlahi müjdə» broşüründən cavab tapa bilərsiniz. Bu nəşr Müqəddəs Kitabın mövzulara əsasən öyrənilməsi üçün nəzərdə tutulub. Belə öyrənmə üsulu sayəsində Müqəddəs Kitabın müəyyən mövzuya aid müxtəlif ayələrini tapmaq mümkün olur. Göstərilən kuponu dolduraraq və aşağıdakı ünvanlardan sizə yaxın olanına göndərərək broşürün bir nüsxəsini sifariş edə bilərsiniz.

Siz www.ps8318.com/az saytına daxil olub sizinlə pulsuz Müqəddəs Kitab dərsi keçirilməsini xahiş edə, həmçinin bu broşürü oradan oxuya və ya yükləyə bilərsiniz.