Çıxış 3:1—22

  • Musa və yanar kol (1—12)

  • Yehova Öz adının mənasını açır (13—15)

  • Yehova Musaya göstəriş verir (16—22)

3  Musa Mədyən kahini olan qayınatası Yətranın*+ sürüsünü otarardı. Bir gün o, sürünü səhranın qərb tərəfinə apararkən gəlib Huribə, Allahın dağına çıxdı.+  Bu zaman Yehovanın mələyi kolun ortasından qalxan alovda ona göründü.+ Musa baxıb gördü ki, kol alov içində olsa da, yanıb kül olmur.  Musa dedi: «Gedim bu qəribə mənzərəyə yaxından baxım. Görüm kol niyə yanıb kül olmur».  Yehova Allah Musanın kola tərəf gəldiyini görüb kolun içindən onu səslədi: «Musa! Musa!» O: «Bəli!» — deyə cavab verdi.  Allah dedi: «Bura yaxınlaşma. Ayağından səndəli çıxar, çünki durduğun yer müqəddəsdir».  Allah sözünə davam etdi: «Mən atanın Allahı, İbrahimin Allahı+, İshaqın+ və Yaqubun Allahıyam».+ Onda Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu.  Yehova dedi: «Misirdəki xalqımın əzab-əziyyətini görürəm. Onları qul kimi işlədənlərin əlindən etdikləri fəryadları eşidirəm, nə çəkdiklərindən agaham.+  Mən yerə enib onları misirlilərin əlindən qurtaracağam,+ onları o torpaqdan çıxarıb, gözəl, geniş məmləkətə, süd-bal axan bir diyara,+ kənanilərin, hetlərin, amorilərin, fərizilərin, hivilərin və yəbusilərin yaşadığı torpağa aparacağam.+  Bəli, israillilərin ah-naləsi gəlib Mənə çatıb, misirlilərin onlara necə zülm verdiyini görürəm.+ 10  Buna görə də səni fironun yanına göndərirəm, sən xalqım İsraili Misirdən çıxaracaqsan».+ 11  Musa isə Allaha dedi: «Mən kiməm ki, fironun yanına gedim, israilliləri Misirdən çıxarım?» 12  Allah dedi: «Mən səninlə olacağam.+ Səni Mənim göndərdiyimə əlamət bu olacaq: xalqı Misirdən çıxardıqdan sonra gəlib bu dağda+ birlikdə Mənə, tək olan Allaha ibadət edəcəksiniz». 13  Ancaq Musa Allahdan soruşdu: «Tutalım, israillilərin yanına getdim və onlara: “Məni sizin yanınıza ata-babalarınızın Allahı göndərib”, — dedim. Bəs onlar “Onun adı nədir?”+ soruşsalar, onda nə cavab verim?» 14  Allah Musaya dedi: «Kim İstəsəm, Olacağam*»+ və əlavə etdi: «İsraillilərə belə deyərsən: “Məni sizin yanınıza Olacağam göndərib”».+ 15  Allah Musaya təkrarən dedi: «İsraillilərə belə söylə: “Məni sizin yanınıza ata-babalarınızın Allahı, İbrahimin Allahı,+ İshaqın Allahı,+ Yaqubun Allahı+ Yehova* göndərib”. Adım əbədilik budur,+ nəsildən-nəslə Məni bu adla yadda saxlayacaqlar. 16  İndi isə get, İsrail ağsaqqallarını toplayıb onlara de: “Ata-babalarınızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı Yehova mənə görünüb dedi: “Sizin halınız və Misirdə nələr çəkdiyiniz nəzərimdən yayınmayıb+. 17  Odur ki, sizi misirlilərin zülmündən qurtarıb+ kənanilərin, hetlərin, amorilərin+, fərizilərin, hivilərin və yəbusilərin torpağına,+ süd-bal axan diyara+ aparacağam”. 18  İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar.+ Birlikdə Misir padşahının yanına gedib padşaha deyərsiniz: “İbranilərin+ Allahı Yehova bizimlə danışdı. Rica edirik, izin ver, səhrada üç gün yol gedib Allahımız Yehovaya qurban gətirək”.+ 19  Amma bilirəm ki, Misir padşahı öz xoşuna sizi buraxmayacaq.+ 20  Buna görə də əlimi qaldırıb Misiri vuracağam, orada fövqəlbəşər hadisələr törədəcəyəm. Bundan sonra Misir padşahı sizi buraxacaq.+ 21  Elə edəcəyəm ki, misirlilər sizə yaxşı münasibət göstərəcək, oradan əlidolu çıxacaqsınız.+ 22  Qoy hər qadın qonşusundan və evində qalan qadından qızıl-gümüş əşyalar, pal-paltar istəsin. Bunları oğullarınıza, qızlarınıza geyindirəcəksiniz. Misirlilərin var-yoxunu əllərindən alacaqsınız».+

Haşiyələr

Ruilin digər adı.
Azərbaycan dilində bu ad Yəhva kimi də məlumdur.