Əşiya 9:1—21

  • Cəlilə torpağında parlaq işıq (1—7)

  • Allahın əli İsrailə qarşıdır (8—21)

9  Lakin bu dəfəki zülmət ölkə əzab çəkərkən olduğu kimi olmayacaq. O zaman Zəbulun və Niftalı torpağı xar olmuşdu.+ Sonra isə O, dənizkənarı yol boyunca uzanan, İordan bölgəsində yerləşən, yadellilər yaşayan Cəliləni şərəfləndirəcək.   Zülmətdə gəzən xalqParlaq işıq gördü. Zülmət diyarında yaşayanların üzərinəNur ələndi.+   Sən bu xalqı çoxaltdın, Sevincini artırdın. Biçin vaxtı sevinən adamlartək, Qəniməti bölüşdürən adamlartək sənin önündə sevindilər.   Sən onların ağır boyunduruğunu,Çiyinləri üstündə duran çomağı, onları işlədənlərin dəyənəyini,Mədyənin məğlubiyyət günündə olduğu kimi sındırdın.+   Addımlarkən yeri titrədən hər bir əsgər ayaqqabısı,Qana bulaşmış hər bir paltarOda yem olacaq.   Bizim üçün körpə doğuldu,+Bizə oğul bəxş edildi. Hakimiyyət onun çiynində olacaq.+ Onun adı Müdrik məsləhətçi,+ Qüdrətli ilah+, Əbədiyyət atası, Sülh əmiri olacaq.   Hakimiyyəti ucqarlaradək yayılacaq,Sülhün sonu olmayacaq.+ O, Davudun taxtında,+ padşahlığının başında oturacaq. Hakimiyyətini indidən sonsuzadəkƏdalət+ və salehlik+ üzərində bərqərar edəcək.+ Bunu ordular Allahı Yehovanın qeyrəti edəcək.   Yehova Yaquba bir hökm göndərdi,Və o, İsrailin üzərinə gəldi.+   Bütün xalq, Əfraim də,Səməriyyə sakinləri də bunu biləcək. Ürəkləri qürurlu, lovğa olduğundan deyirlər: 10  «Kərpic evlər uçdu,Əvəzində daş evlər tikərik.+ Əncir ağacları kəsildi,Onları sidrlə əvəz edərik». 11  Lakin Yehova Rəsinin düşmənlərini onun üstünə gətirəcək,Yağılarını ayağa qaldıracaq, 12  Şərqdən Aramı, qərbdən filiştliləri qaldıracaq.+ Onlar ağızlarını açıbİsraili udacaqlar.+ Yenə də Onun qəzəbi soyumur,Yenə də əlini aşağı salmır.+ 13  Xalq isə onu cəzalandıran Allaha tərəf dönmür,Ordular Allahı Yehovanı axtarmır.+ 14  Yehova bir günün içində İsraildən başı və quyruğu,Pöhrəni və qarğını* kəsəcək.+ 15  Baş hörmətli adam və ağsaqqaldır,Quyruq isə yalan təlim verən peyğəmbərdir.+ 16  Bu xalqın bələdçiləri onu azdırır,Onların ardınca gedənlər çaşqınlıq içindədir. 17  Buna görə Yehova onların cavanlarına baxanda fərəhlənməyəcək,Yetiminə, duluna rəhm göstərməyəcək. Çünki onların hamısı dönükdür, bədəməldir,+Səfeh-səfeh danışırlar. Yenə də Onun qəzəbi soyumur,Yenə də əlini aşağı salmır.+ 18  Yamanlıq od kimi alovlanır,Kol-kosu yandırıb-yaxır. Qalın meşəliyi bürüyəcək,Oradan burum-burum tüstü qalxacaq. 19  Ordular Allahı Yehovanın qəzəbindənTorpaq od tutub yanır,İnsanlar alova yem olacaq. Hətta qardaş qardaşa rəhm etməyəcək. 20  Biri sağda kəsib yeyəcək,Yenə ac qalacaq,O biri solda yeyəcək,Lakin doymayacaq. Hər biri öz qolunu yeyəcək. 21  Mənəssə Əfraimi,Əfraim Mənəssəni yeyəcək. Onlar birlikdə Yəhudanın üstünə gedəcəklər.+ Yenə də Onun qəzəbi soyumur,Yenə də əlini aşağı salmır.+

Haşiyələr

Digər variant: xurma budağını və qamışı.