Həvarilərin işləri 1:1—26

  • Teofilə müraciət (1—5)

  • Yerin ucqarlarına qədər şahidlik (6—8)

  • İsa göyə qalxır (9—11)

  • Şagirdlər bir yerə yığışırlar (12—14)

  • Məttiya Yəhudanı əvəz edir (15—26)

1  Ey Teofil! Birinci hekayətdə İsanın göyə alındığı günədək gördüyü bütün işləri və təlimləri yazmışdım.+  O, göyə qalxmazdan əvvəl+ seçdiyi həvarilərinə*+ müqəddəs ruh vasitəsilə buyruqlar vermişdi.  İsa çəkdiyi əzablardan sonra sağ olduğunu bir çox danılmaz sübutlarla onlara göstərdi.+ Həvarilər onu qırx gün ərzində gördülər. İsa onlara Allahın Padşahlığı haqqında danışırdı.+  İsa onlarla görüşəndə bu əmri verdi: «Yerusəlimdən uzaqlaşmayın,+ Atamın vəd etdiyi+ və mənim dediyim şeyi gözləyin.  Çünki Yəhya su ilə vəftiz* edib, siz isə bir neçə gündən sonra müqəddəs ruhla vəftiz ediləcəksiniz».+  Onlar bir yerə toplaşdıqları zaman İsadan soruşdular: «Ağa, İsraildə padşahlığı indi bərpa edəcəksən?»+  İsa onlara cavab verdi: «Dövrləri və tarixləri təyin etmək yalnız Atanın ixtiyarındadır,+ sizin bunları bilməyinizə gərək yoxdur.  Amma müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız+ və Yerusəlimdə+, bütün Yəhudiyyədə və Səməriyyədə+, hətta yerin ucqarlarınadək+ mənim şahidim+ olacaqsınız».  Bunları deyəndən sonra İsa onların gözü önündə yuxarı qaldırıldı və bulud onu örtüb görünməz etdi.+ 10  İsa qalxarkən onlar durub göyə baxırdılar. Bu zaman onların yanında ağ libaslı+ iki kişi peyda olub onlara 11  dedi: «Ey cəliləlilər! Niyə durub göyə baxırsınız? Sizdən göyə götürülən bu İsanın göyə necə getdiyini gördünüzsə, elə də geri gələcək». 12  Bundan sonra onlar Zeytun dağından Yerusəlimə qayıtdılar.+ Bu dağ Yerusəlimdən haradasa bir kilometr aralıda* yerləşir. 13  Onlar şəhərə gəlib üst mərtəbədə qaldıqları otağa çıxdılar. Bunlar Butrus, Yəhya, Yaqub, Andreas, Filip, Tomas, Bartolmay, Mətta, Alfayın oğlu Yaqub, Qeyrətli ləqəbi verilmiş Şimon və Yaqubun oğlu Yəhuda idi.+ 14  Bəzi qadınlar,+ habelə İsanın anası Məryəm və qardaşları+ da onlarla birlikdə idi. Onların hamısı yekdilliklə və aramsız dua edirdilər. 15  O günlərdə təxminən yüz iyirmi adam bir yerə toplaşmışdı. Butrus qardaşların arasında durub dedi: 16  «Qardaşlar! Müqəddəs ruh Davudun dili ilə İsanı tutanları gətirən+ Yəhuda haqqında əvvəlcədən xəbər vermişdi.+ Bu, mütləq yerinə yetməli idi, 17  çünki o, bizlərdən biri+ idi və bu xidmətdə payı vardı. 18  (Bu adam pis əməllə qazandığı pula+ tarla aldı. Başıaşağı yıxılıb qarnı yırtıldı, bağırsaqları yerə töküldü.+ 19  Yerusəlimin bütün sakinləri bu hadisədən xəbər tutdu. Buna görə də bu tarlaya onların dilində Hakeldama, yəni Qan Tarlası deyilir.) 20  Çünki Zəburda yazılıb: “Yurdu boş qalsın, orada kimsə yaşamasın”+ və “Nəzarətçi vəzifəsini başqası tutsun”.+ 21  Buna görə də Aǧa İsa aramızda fəaliyyət göstərdiyi müddət ərzində həmişə bizimlə olanlardan biri 22  bizimlə birgə onun dirilməsinə+ şəhadət etməlidir. Bu adam İsanın Yəhya tərəfindən vəftiz olunduğu+ gündən ta bizdən alındığı+ günə kimi aramızda olan adamlardan biri olmalıdır». 23  Onda iki nəfər təklif edildi. Bunlardan biri Barsəbas və Yust adları ilə tanınan Yusif, o birisi Məttiya idi. 24  Həvarilər dua edib dedilər: «Ey Yehova! Sən hər kəsin ürəyini bilirsən.+ Bu iki nəfərdən kimi seçdiyini bizə göstər ki, 25  həmin adam Yəhudanın öz yolu ilə gedib imtina etdiyi bu xidməti və həvarilik vəzifəsini yerinə yetirsin».+ 26  Onlar püşk atdılar+ və püşk Məttiyaya düşdü. Onu on bir həvarinin sırasına daxil etdilər.

Haşiyələr

Yun. apostolos. Mənası: göndərilmiş; elçi.
Hərfən: şənbə yolu məsafəsində. Yəhudilərə şənbə günündə bu qədər yol getmək olardı.