Məlaki 3:1—18

  • Rəbb məbədini təmizləməyə gəlir (1—5)

    • Əhd elçisi (1)

  • Yehovaya tərəf dönün (6—12)

    • Yehova dəyişmir (6)

    • Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm (7)

    • Bütün ondabirləri gətirin (10)

  • Salehlər və şər iş görənlər (13—18)

    • Allahın önündə yazılan xatirə kitabı (16)

    • Saleh adamla şər adam arasındakı fərq (18)

3  Ordular Allahı Yehova deyir: «Budur, elçimi göndərirəm, o, önümdə yol hazırlayacaq.+ Axtardığınız Rəbb qəflətən məbədinə gələcək.+ Yolunu sevinclə gözlədiyiniz əhd elçisi də gələcək. O, mütləq gələcək!»  «Onun gələcəyi günə kim tab gətirər? Zühur edəndə kim davam gətirər? Çünki o, əridicinin odu, camaşırçının gilabısı*+ kimi olacaq.  O, gümüşü əridib təmizləyən adam kimi oturub+ Lavi oğullarını təmizləyəcək. Onları qızıltək, gümüştək saflaşdıracaq və onlar Yehovaya salehliklə bəxşişlər təqdim edən xalq olacaq.  Əvvəlki dövrlərdə, keçmiş illərdə olduğu kimi, Yəhudanın və Yerusəlimin bəxşişi Yehovaya xoş olacaq.+  Sizi mühakimə etmək üçün yanınıza gələcəyəm. Cadugəri,+ zinakarı, yalandan and içəni,+ muzdura fırıldaq gələni,+ dula, yetimə zülm edəni+ və qəribdən köməyini əsirgəyəni* dərhal məhkum edəcəyəm.+ Bu adamlar Məndən qorxmurlar», — deyir ordular Allahı Yehova.  «Mən Yehovayam. Mən dəyişmirəm*.+ Buna görə siz məhv olmadınız, ey Yaqub oğulları.  Ata-babalarınızın dövründən bəri qanunlarımı pozursunuz, onlara əməl etmirsiniz.+ Dönün, Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm»,+ — deyir ordular Allahı Yehova. Siz deyirsiniz: «Necə dönək?»  «Heç bəndə Allahı talayar? Amma siz Məni çapıb-talayırsınız». Siz deyirsiniz: «Səni necə talayırıq ki?» «Ondabirləri, ianələri vermirsiniz.  Sizə lənət olsun*, çünki hamınız, bütün xalq Məni talayır. 10  Bütün ondabirləri anbara gətirin ki,+ evimdə azuqə olsun.+ Buyurun, Məni bununla sınayın, — deyir ordular Allahı Yehova, — görün göylərin qapılarını sizin üçün açıram,+ ya yox, başınızdan bərəkət tökürəm, ya yox».+ 11  «Qoymaram ziyanverici torpağınızın məhsulunu tələf etsin, bağlarda meynəniz üzümsüz qalsın»,+ — deyir ordular Allahı Yehova. 12  «Bütün xalqlar sizə bəxtəvər deyəcək,+ çünki ölkəniz zövq-səfa diyarı olacaq», — deyir ordular Allahı Yehova. 13  «Mənə qarşı ağır sözlər dediniz», — deyir Yehova. Siz isə soruşursunuz: «Sənə qarşı nə demişik ki?»+ 14  «Siz dediniz: “Allaha qulluq etmək əbəs imiş.+ Onun önündə borcumuzu yerinə yetirdik, ordular Allahı Yehovanın qarşısında qəmli-qəmli gəzdik, amma nə xeyri? 15  Budur, qürurlu adamları bəxtəvər sayırıq. Şər iş görənlər də firavan yaşayır,+ Allahı sınayır, amma cəzasız qalırlar”». 16  O vaxt Yehovadan qorxanlar bir-birilə danışırdı, hər kəs yoldaşı ilə danışırdı. Yehova da diqqətlə qulaq asırdı. Yehovadan qorxanlar və Onun adını düşünənlər*+ haqqında Onun önündə xatirə kitabı yazıldı.+ 17  Ordular Allahı Yehova deyir: «Hərəkətə keçdiyim gün onlar Mənim məxsusi mülküm olacaqlar.+ İtaətkar oğluna şəfqət göstərən ata kimi, onlara şəfqət göstərəcəyəm.+ 18  Siz yenə saleh adamla şər adam arasında,+ Allaha qulluq edənlə etməyən arasında fərqi görəcəksiniz».

Haşiyələr

Yaxud sabunu.
Yaxud qəribin haqqını tapdalayanı.
Yaxud Mən dəyişməmişəm.
Digər variant: Mənə lənət edirsiniz.
Digər variant: əziz tutanlar.