Vaiz 1:1—18

  • Hər şey puçdur (1—11)

    • Yer əbədi durur (4)

    • Külək daim əsir (5—7)

    • Yeni heç nə yoxdur (9)

  • İnsan hikməti məhduddur (12—18)

    • Külək dalınca qaçmaq (14)

1  Vaizin*,+ Yerusəlimdə padşahlıq edən+ Davud oğlunun sözləri.   «Puçun puçu! — dedi vaiz. Puçun puçu! Hər şey puçdur!»+   Günəş altında çəkdiyi ağır zəhmətdən,Əziyyətdən insana nə fayda?+   Bir nəsil gedir, o biri nəsil gəlir,Amma Yer əbədi durur.+   Günəş çıxır, günəş batır,Sonra təzədən doğacağı yerə tələsir.+   Külək cənub səmtinə əsir, sonra şimal səmtinə dönür;Elə hey dövr edir. Külək təkrar-təkrar dövr edir.   Bütün çaylar axıb dənizə tökülür, amma dəniz heç vaxt daşmır.+ Çaylar başladıqları yerə qayıdır ki, təzədən axsın.+   Hər şey yorucudur;Hər şey barədə danışmağa söz çatmaz. Göz görməkdən doymaz,Qulaq eşitməkdən.   Nə olubsa, yenə olacaq;Nə edilibsə, yenə ediləcək;Günəş altında yeni heç nə yoxdur.+ 10  Məgər elə bir şey var ki, deyəsən: «Bax, bu, yeni bir şeydir»? O da çoxdan var imiş,Zəmanəmizdən əvvəl mövcud imiş. 11  Keçmişdəki insanlar xatırlanmır. Sonradan gələnlər də elə olacaq,Onlar da daha sonra gələnlər tərəfindən xatırlanmayacaq.+ 12  Mən vaiz Yerusəlimdə İsrailin padşahıyam.+ 13  Səma altında+ edilən hər şeyi — Allahın bəşər övladlarına məşğul olmaq üçün verdiyi miskin işləri öyrənib hikmətlə+ araşdırmaq istədim. 14  Günəş altında edilən bütün işləri seyr etdim,Gördüm ki, hər şey puçdur, külək dalınca qaçmağa bənzəyir.+ 15  Əyrini düzəltmək olmaz,Olmayan şeyi saymaq olmaz. 16  Ürəyimdə dedim: «Bax! Mən böyük hikmət qazandım, məndən qabaq Yerusəlimdə yaşayanlardan qat-qat çox hikmətə yiyələndim.+ Ürəyim böyük hikmət, elm qazandı».+ 17  Ürəyimi hikmətin, dəliliyin, axmaqlığın nə olduğunu öyrənməyə verdim.+ Bu da külək dalınca qaçmağa bənzəyir. 18  Hikmət çoxalanda kədər də çoxalır,Elmini artıran dərdini artırır.+

Haşiyələr

İbr. qohelet. Mənası: yığıncaq çağıran.