Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 42

Allah bəndəsinin duası

Allah bəndəsinin duası

(Efeslilərə 6:18)

  1. 1. Ey Xudavənd, uca Rəbb Yehova,

    Qoy ucalsın Sənin ismin şərəflə.

    Hər istəyin gerçək olacaq,

    Yer şöhrətinlə tam dolacaqdır.

    Əsla boş çıxmaz Sözün,

    Qoy xalqın görsün gücün.

  2. 2. Ey Allahım, lütfün necə boldur,

    Pak yolların nemət ilə doludur.

    Sən həyatın, nurun mənbəyi,

    Elm, mərifət, hikmət bəxş edirsən.

    Şükr edək Sənə hər gün,

    Nur saçır gözəl hüsnün.

  3. 3. Ah, nə çətin, ağır zəmanədir,

    Bil, ümidim, Atacan, tək Sənədir.

    Hey daşıyırsan dərd yükümü,

    Ya Rəbb, ruhunla güc və dözüm ver,

    Əmrini icra edim,

    Andıma sadiq qalım.