Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 73

Bizə cəsarət ver

Bizə cəsarət ver

(Həvarilərin işləri 4:29, 30)

  1. 1. Cəsarətlə car çəkirik

    Padşahlıq müjdəsini.

    Təqiblər bizi sarsıtmır,

    Ucaldırıq ismini.

    Biz qorxmarıq insandan,

    Tabe olarıq əmrinə,

    Sənə əl açırıq, Yehova,

    Ruhunu lütf et quluna.

    NƏQARƏT

    Mübariz, cəsur ürək ver,

    Qorxuya üstün gələk.

    Dəyanətlə, mətanətlə

    Müjdəni bəyan edək.

    Möhtəşəm gün astanada,

    Qurtuluş günü yaxında.

    Mübariz, cəsur ürək ver,

    Xidmət edək.

  2. 2. Sən bilirsən, biz torpağıq,

    Ey uca Xaliqimiz.

    Ürəkdə qorxu olsa da,

    Sarsılmaz imanımız.

    Gör düşmən tənəsini,

    Eşit imdad səsimizi.

    Şəhadət verək qoy hünərlə,

    Yenilməz, cəsur et bizi!

    NƏQARƏT

    Mübariz, cəsur ürək ver,

    Qorxuya üstün gələk.

    Dəyanətlə, mətanətlə

    Müjdəni bəyan edək.

    Möhtəşəm gün astanada,

    Qurtuluş günü yaxında.

    Mübariz, cəsur ürək ver,

    Xidmət edək.

(Həmçinin baxın: 1 Salon. 2:2; İbr. 10:35.)