Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 91

Məhəbbətlə çəkilən zəhmət

Məhəbbətlə çəkilən zəhmət

(Zəbur 127:1)

  1. 1. Nə xoşdur, ya Rəbb, bu an,

    Qəlbdən daşır Sənə şükran.

    Bizə şərəf verdin, lütf etdin,

    Hamı çox şadman!

    Biz çalışdıq ürəkdən,

    Xeyir-dua gəldi Səndən.

    Bax ucalır Sənə bu bina,

    Bir təqdim bizdən.

    NƏQARƏT

    Uca şərəfdir, ey Yehova,

    Bu məkanı Sənə tikmək.

    Ömür boyu xidmət edərək hər bir işdə

    Biz adına izzət verək.

  2. 2. Xoşbəxt üzlər hər yanda,

    Dost qazandıq biz burada.

    Keçən bu xoş günlər, xoş anlar

    Qalacaq yadda!

    Sənin ruhun hiss etdik,

    «Güc birlikdədir» biz gördük.

    Qoy ucalsın şanın, pak adın.

    Kərəmin böyük!

    NƏQARƏT

    Uca şərəfdir, ey Yehova,

    Bu məkanı Sənə tikmək.

    Ömür boyu xidmət edərək hər bir işdə

    Biz adına izzət verək.

(Həmçinin baxın: Zəb. 116:1; 147:1; Rom. 15:6.)