Kontentə keç

İblisin görünüşü necədir?

İblisin görünüşü necədir?

Müqəddəs Kitabın cavabı

 İblis gözəgörünməz ruhani varlıqdır. Bu o deməkdir ki, onun bədəni cismani deyil (Efeslilərə 6:11, 12).

 Adətən İblisi buynuzlu, quyruqlu, əlində yaba tutmuş keçiyəbənzər məxluq kimi təsvir edirlər. Bəzi alimlərin fikrincə, İblisin bu cür təsviri orta əsr rəssamlarının əsərlərindən qaynaqlanır. Bu rəssamlar isə çox ehtimal ki, şifahi xalq ədəbiyyatının və qədim mifologiyanın təsiri altında İblisi bu cür çəkirdilər.

 Müqəddəs Kitabda İblis necə təsvir olunur?

 Müqəddəs Kitabda İblis müxtəlif bənzətmələrlə təsvir olunur. Bu bənzətmələr İblisin zahiri görünüşünü yox, xarakterini açıqlayır. Bir neçə nümunəyə nəzər salaq:

  •   Nur mələyi. O özünü elə göstərir ki, guya insanlara yaxşı bir şey təklif edir. Əslində isə məqsədi onları Allahın yolundan döndərib öz yoluna çəkməkdir (2 Korinflilərə 11:14).

  •   Nərildəyən şir. O, Allahın xidmətçilərinə amansız hücumlar edir (1 Butrus 5:8).

  •   Böyük əjdaha. O, qorxuncdur, güclüdür və çox böyük zərər yetirməyə qadirdir (Vəhy 12:9).