Kontentə keç

Solda: San-Pauludan kənarda yerləşən Braziliya filialı. Sağda: Braziliya filialının təmirində çalışan könüllülər

6 MAY 2022
BRAZİLİYA

Braziliya filialında əsaslı təmir işləri aparılır

Braziliya filialında əsaslı təmir işləri aparılır

San-Paulu şəhərindən 140 kilometr qərbdə yerləşən Braziliya filialında əsaslı təmir işləri aparılır. Təmirin məqsədi Beytel binalarını restavrasiya etmək, həmçinin tikinti materiallarını və binanın örtüklərini yenisi ilə əvəz etməkdir. Hazırkı Beytel binalarını restavrasiya edərkən müəyyən çətinliklər meydana çıxır. İşi elə planlaşdırmaq və elə görmək lazımdır ki, filialın fəaliyyətinə maneçilik törətməsin. Məsələn, mənzillər təmir olunanda beytelliləri müvəqqəti olaraq başqa yerdə məskunlaşdırmaq lazımdır. Layihənin beş ilə tamamlanması nəzərdə tutulub.

Qardaşlar ofislər və 650 yaşayış otağı daxil olmaqla təxminən 75 000 kvadrat metrlik ərazini restavrasiya edəcəklər. Bu təmir sayəsində filial binaları əlverişli və daha dözümlü olacaq. Məsələn, ofislərin divarları yığılıb-sökülən divarlar olacaq. Bunun da sayəsində zərurətə görə ofislərin forması asanlıqla dəyişdirilə biləcək. Hər yaşayış otağının kiçik mətbəxi və camaşırxanası olacaq. Müasir, ətraf mühitə ziyan verməyən cihazlar yerləşdiriləcək. Bu isə filialın su və enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldacaq.

Layihədə könüllü kimi xidmət edən bacı-qardaşlar filial ərazisində qurulan müvəqqəti otaqlarda yaşayacaqlar. Bu məqsədlə anbar binasının içərisində 25 yaşayış otağı düzəldilib. Bundan başqa Beytel binalarının yanında yerləşən Beytel fermasında 91 yük konteyneri yaşayış evi kimi təchiz olunub.

Könüllülər üçün müvəqqəti yaşayış yeri kimi təchiz olunan yük konteynerləri

Bu layihədə çalışan tikinti xidmətçisi Coel Qriqor deyir: «Biz görürük ki, Yehovanın təşkilatı nəinki bu işi yerinə yetirir, həm də xalqına təlim verir. Könüllülərin çoxu bura gələndə, təcrübəsiz idilər, ya da çox az təcrübələri var idi. Ancaq indi o qədər şey öyrəniblər ki, özləri də başqalarına təlim verirlər».

Biz əminik ki, Yehova bu və digər tikinti layihələrində canla-başla işləyən xalqına bundan sonra da bol nemətlər bəxş edəcək (Zəbur 110:3).