Kontentə keç

13 FEVRAL 2024
ÇİLİ

Çilidə dəhşətli yanğınlar

Çilidə dəhşətli yanğınlar

2 fevral 2024-cü il tarixində Çilinin Valparaiso sahilyanı ərazisində güclü külək və qızmar hava şəraiti iki güclü yanğının baş verməsinə səbəb olub. Bu yanğınlar nəticəsində insanların sıx məskunlaşdığı Vinya-del-Mar şəhərində 15 000-dən çox ev yararsız hala düşüb. Haradasa 40 000 insanın zərər gördüyü təxmin edilir. Çoxları hələ də işıqsız və susuz qalıb. Yanğınsöndürənlərin və həkimlərin zərər dəymiş ərazilərə gedib çıxmağı asan olmayıb. Yüzlərlə insan yaralanıb. 130-dan çox insan həyatını itirib.

Bacı-qardaşlara təsiri

  • Təəssüf ki, 1 bacımız həlak olub

  • 1 qardaşımız ciddi xəsarət alıb

  • 24 bacı-qardaşımız cüzi xəsarət alıb

  • 715 bacı-qardaşımız təxliyə olunub

  • Vinya-del-Marda Yehovanın Şahidi olan bir ailənin dağılmış evi

    72 ev dağılıb

  • 2 evə ciddi ziyan dəyib

  • 1 evə cüzi ziyan dəyib

  • Heç bir ibadət evinə zərər dəyməyib

  • Təxminən 4700 bacı-qardaşımız fəlakətin ziyan vurduğu ərazidə yaşayır

Yardım işləri

  • Yardım işlərinin təşkili üçün Zərərçəkənlərə Yardım Komitəsi təyin edilib

  • Çili filialının nümayəndələri ərazidəki bacı-qardaşları ruhlandırmaq üçün onları ziyarət edib. Həmçinin rayon nəzarətçiləri və ağsaqqallar da zərərçəkənlərə maddi və mənəvi kömək göstərirlər.

Əminik ki, Yehova yanğından ziyan çəkən bacı-qardaşlarımızın əzab-əziyyətini görür və tezliklə təbii fəlakətlərə birdəfəlik son qoyacaq (Zəbur 10:14).