Kontentə keç

17 APREL 2020
FİCİ

«Harold» tropik siklonu Vanuatu və Fici adalarını viran qoyub

«Harold» tropik siklonu Vanuatu və Fici adalarını viran qoyub

2020-ci il aprelin 5-i Vanuatu adalarının şimalında tüğyan etmiş «Harold» tropik siklonu böyük dağıntılar törədib. Cənub-şərq istiqamətində hərəkətini davam etdirən siklon aprelin 8-i Fici adalarının cənub-qərbində də eyni dağıntılara səbəb olub. Siklon 5-ci kateqoriyaya aid edilir. İlkin məlumatlara əsasən, qardaşlarımız arasında ölən, yaxud xəsarət alan yoxdur.

Vanuatunun ən şimal və ən böyük adası olan Espiritu-Santo adasında təxminən 280 təbliğçi yaşayır. Yaxınlıqda yerləşən digər adalar kimi, bu adada da binalar dağılıb və məhsullara böyük ziyan dəyib. Ficidə təxminən 260 təbliğçinin mülkiyyətinə böyük ziyan dəyib. Su, elektrik enerjisi və ərzaq qıtlığı yaranıb.

Fici filialı ilkin tələbat mallarının paylanmasına nəzarət edir. Yerli ağsaqqallar siklondan zərər çəkmiş bacı-qardaşlara baş çəkirlər. Biz çox şadıq ki, onların fiziki və ruhani tələbatları ödənilir (Məsəllər 17:17).