Kontentə keç

4 AVQUST 2017
NİGERİYA

Nigeriyada şiddətli yağışlar

Nigeriyada şiddətli yağışlar

Nigeriyanın cənub–qərbində 2017-ci il iyul ayının 6-dan 12-ə qədər davam edən şiddətli yağışlar Laqos, Niger və Oyo şəhərlərində daşqına səbəb olub. Verilən xəbərlərə görə fəlakət nəticəsində azı 18 nəfər həyatını itirib.

Yehovanın Şahidlərinin Nigeriyadakı filialının verdiyi məlumata əsasən, fəlakət zamanı Şahidlər arasında ölənlər və xəsarət alanlar olmayıb. Lakin dörd ailə evini tərk etmək məcburiyyətində qalıb, iki ailənin evinə ziyan dəyib və bir ailənin evi tamamilə yararsız hala düşüb. Nigeriyadakı Yehovanın Şahidləri iman bacı-qardaşlarına, həmçinin Şahid olmayan qonşularına və evini tərk etmək məcburiyyətində qalan bir sıra insanlara kömək əli uzadıb.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Nigeriya: Pol Endryu, +234 7080 662 020