Kontentə keç

Nifrət hissi ürəklərdən silinir

Nifrət hissi ürəklərdən silinir

Biz əminik ki, bütün irqlər Allahın gözündə eynidir (Həvarilərin işləri 10:34, 35). Müqəddəs Kitab vasitəsilə insanlara digər irq və ya millətə qarşı nifrət hissinin öhdəsindən gəlməyə kömək edirik.

Bundan əlavə, biz digər irq və ya xalqa nifrət zəminində təşkil edilən hərəkatların heç birini dəstəkləmirik. Məsələn, nasizm dövründə Almaniyada və digər ölkələrdə yaşayan Yehovanın Şahidləri Hitlerin nifrət dolu siyasətini dəstəkləməkdən imtina etmişdilər. Yüzlərlə insan məhz bu səbəbdən qətlə yetirilmişdi.

Yehovanın Şahidləri 1994-cü ildə Ruandada baş vermiş soyqırımda iştirak etmirdilər. İman bacı-qardaşlarımız hətta həyatlarını təhlükəyə ataraq təqib edilənləri müdafiə edirdilər və onlardan bəziləri buna görə öz həyatlarını itirmişdilər.

Biz hamıya kömək etmək istəyirik, buna görə də 600-dən çox dildə Müqəddəs Kitaba əsaslanan ədəbiyyat nəşr edirik. Bu səbəbdən biz milliyyətindən və dilindən asılı olmayaraq, yığıncağımıza gələn hər bir insanı səmimi qarşılayırıq (Vəhy 7:9).