Kontentə keç

Nəyə görə siz müharibələrdə iştirak etmirsiniz?

Nəyə görə siz müharibələrdə iştirak etmirsiniz?

 Yehovanın Şahidləri növbəti səbəblərə görə müharibələrdə iştirak etmirlər:

  1.   Allaha itaətkarlıq. Müqəddəs Kitabda deyilir ki, Allaha ibadət edənlər «qılınclarından kotan... düzəldəcək» və «artıq dava etməyi öyrənməyəcək»lər (Yeşaya 2:4).

  2.   İsa Məsihin əmrinə itaətkarlıq. İsa peyğəmbər həvari Peterə demişdi: «Qılıncını qaytar qoy qınına. Çünki qılınc götürən hər kəs qılıncdan öləcək» (Matta 26:52). Bununla İsa göstərdi ki, onun davamçıları əllərinə silah götürməyəcəklər.

     Onun əsil davamçıları bu dünyanın siyasi işlərində bitərəf mövqe tutmaqla «dünyaya məxsus olmamaq» əmrinə riayət edirlər (Yəhya 17:16). Onlar hərbi müdaxilələrə qarşı etiraz aksiyaları keçirmirlər və hərbi qüvvələrdə xidmət etmək istəyənlərin qərarına qarışmırlar.

  3.   İnsanlara məhəbbət. İsa Məsih şagirdlərinə bir-birlərini sevməyi əmr etmişdi (Yəhya 13:34, 35). Onlar bir-birlərinə qətiyyən silah qaldırmayan bacı və qardaşlardan ibarət beynəlxalq qardaşlıq təşkil edəcəkdilər (1 Yəhya 3:10—12).

  4.   Erkən məsihçilərin nümunəsi. «Din və müharibə ensiklopediyası»nda deyilir ki, «İsanın ilk davamçıları müharibələrdə iştirak etməkdən və hərbi xidmətdən imtina edirdilər», çünki onlar bu kimi əməllərin «İsanın düşmənləri sevmək əmrinə zidd olduğunu» anlayırdılar. Alman ilahiyyatçısı Peter Maynhold İsanın bu davamçıları haqda buna bənzər sözlər demişdi: «Məsihçi və əsgər bir-birinə zidd anlayış idi».

Cəmiyyətə faydası

 Yehovanın Şahidləri cəmiyyətin faydalı üzvləridirlər və yaşadıqları ölkə üçün təhlükəli deyillər. Aşağıda gətirilən ayələrə əsaslanaraq biz hakimiyyətə hörmət edirik:

  •   «Qoy hər kəs hökumətə tabe olsun» (Romalılara 13:1).

  •   «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Matta 22:21).

 Buna görə də biz qanunlara tabe olur, vergiləri vaxtlı-vaxtında ödəyir və ictimaiyyətin rifahı üçün dövlətin etdiyi hər bir işi dəstəkləyirik.