Kontentə keç

Siz hansısa filmi, kitabı və ya mahnını qadağan edirsiniz?

Siz hansısa filmi, kitabı və ya mahnını qadağan edirsiniz?

 Xeyr. Bizim təşkilat müəyyən filmləri, kitabları və ya mahnıları dindaşlarına qadağan etmək məqsədilə onları nəzərdən keçirmir. Niyə?

  Müqəddəs Kitab hər bir kəsi yaxşını pisdən ayırmaq üçün «qavrayışını» işə salmağa təşviq edir (İbranilərə 5:14).

  Allahın Kəlamında əsas prinsiplər var ki, Allaha ibadət edən kəs əyləncə seçərkən onları nəzərdən keçirə bilər a. Həyatın digər sahələrində olduğu kimi, bizim məqsədimiz «Rəbbə nəyin məqbul olduğuna daima» əmin olmaqdır (Efeslilərə 5:10).

  Müqəddəs Kitabda deyilir ki, hər bir ailə başçısı müəyyən səlahiyyətə sahibdir, buna görə də onlar öz ailələrində nəyi isə qadağan edə bilərlər (1 Korinflilərə 11:3; Efeslilərə 6:1—4). Ancaq ailədən kənarda heç kəsin hansısa filmi, mahnını, aktyoru, müğənni və ya yazıçını qadağan etmək ixtiyarı yoxdur (Qalatiyalılara 6:5).

a Məsələn, Müqəddəs Kitabda cadugərliyi, cinsi əxlaqsızlığı və ya zorakılığı yayan hər bir şey mühakimə edilir (Qanunun təkrarı 18:10—13; Efeslilərə 5:3; Koloslulara 3:8).