Kontentə keç

Mündəricatı göstər

Allah insan əzabına necə yanaşır?

Allah insan əzabına necə yanaşır?

Bəzi insanlar deyir ki, Allah çəkdiyimiz əzabı görmür və halımıza yanmır.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR?

  • Allah əzablarımızı görür və halımıza yanır

    «Yehova gördü ki, yer üzündə insanlar tamam pozulub... və kədərləndi» (Yaradılış 6:5, 6).

  • Allah insan əzabına son qoyacaq

    «Az qalıb! Artıq pis adam olmayacaq, yerinə baxacaqsan, o, yoxdur. Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:10, 11).

  • Allahın sizinlə bağlı niyyəti

    «“Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir. Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm”» (Ərəmya 29:11, 12).

    «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).