Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 124

Sədaqətli olaq

Sədaqətli olaq

(Zəbur 18:25)

  1. 1. Əbədiyyən, sədaqətlə

    Allaha bağlı qalaq.

    Allahın biz ümmətiyik,

    Əmrinə boyun əyək.

    Heç zaman ziyan çəkmərik

    Biz Ata öyüdündən.

    O sadiqdir, güvənirik,

    Biz dönmərik bu yoldan.

  2. 2. Sədaqətlə davranaq biz

    Qardaşlarla hər işdə.

    Göstərək saf məhəbbət gəl

    Həm sözdə, həm əməldə.

    Onlara dəyər verərək

    Ürəkdən hörmət edək.

    Kəlamdan biz öyrənmişik,

    Bir yumruq olaq gərək.

  3. 3. Sədaqətlə dinləyirik

    Ağsaqqal öyüdünü.

    Faydası var, itaətlə

    Biz qəbul edək onu.

    Bərəkət verər Yehova,

    Qulunu güclü edər.

    Sədaqətlə yerisək biz,

    Rəbbimiz arxa durar.