Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 149

Zəfər nəğməsi

Zəfər nəğməsi

(Çıxış 15:1)

  1. 1. Sən, ey Yehova, adın ucaltdın qələbəylə,

    Dikbaş düşmənləri qərq etdin dalğalara.

    Yah qüvvətimdir,

    Ona tay olan heç olarmı?!

    Yehovadır ismi,

    Şəninə həmd ucalsın.

    NƏQARƏT

    Uca Yehova, Haqq-Taala,

    Dəyişməyən, tək var olan Allah.

    Düşmən tezliklə tam xəcil olar,

    Sənindir əbədi zəfər!

  2. 2. Qalx, ey Yehova, xalqlar azğınlıq eyləyirlər,

    Düşmən məğlub olsun,

    Sən püskür Öz qəzəbin.

    Ya Rəbb, tezliklə

    Yeri lərzəyə salacaqsan.

    Yehovadır ismin,

    Qoy bütün cahan bilsin.

    NƏQARƏT

    Uca Yehova, Haqq-Taala,

    Dəyişməyən, tək var olan Allah.

    Düşmən tezliklə tam xəcil olar,

    Sənindir əbədi zəfər!