Kontentə keç

Mündəricatı göstər

Dünyanın sonuna az qalıb? Apokalipsis nədir?

Dünyanın sonuna az qalıb? Apokalipsis nədir?

 «Apokalipsis» sözünü eşidəndə ağlınıza ilk nə gəlir? Yer kürəsində həyata son qoyacaq qlobal fəlakət? Bəziləri oxuduqları xəbərlərə görə belə düşünürlər. Məsələn:

  •   «Nüvə müharibəsi qəsdən, kobud səhv və ya anlaşılmazlıq ucbatından hər an başlaya bilər» («Bulletin of the Atomic Scientists»).

  •   «Son onilliklərdə bütün dünyada görünməmiş qasırğalar, meşə yanğınları, quraqlıqlar, daşqınlar baş verir, mərcan rifləri məhv olur, anomal isti havalar qeydə alınır» («National Geographic»).

  •   «Afrika ən şiddətli çəyirtkə hücumuna məruz qalır» («The Associated Press»).

 Dünya apokalipsis nəticəsində məhv olacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Yer planeti məhv olacaq?

 Xeyr. Müqəddəs Kitab bizi əmin edir ki, Yer kürəsi əbədiyyən mövcud olacaq (Vaiz 1:4). Allah yaratdığı Yer planetini deyil, «yeri tələf edənləri tələf [edəcək]» (Vəhy 11:18).

Dünyanın sonudur?

 Müqəddəs Kitaba əsasən, «dünya»nın sonu deyildikdə Allahı saymayan və nəfslərinin dalınca düşən insanların sonu nəzərdə tutulur. Nuhun günlərində olduğu kimi, Allah yalnız «allahsızlar dünyasını» məhv edəcək (2 Butrus 2:5; 3:7).

 1 Yəhya 2:17 ayəsində deyilir: «Dünya öz istəkləri ilə bərabər keçib gedir». Bu ayəyə əsasən, Allah Yer planetini deyil, pis istəklərindən əl çəkməyən insanları məhv edəcək.

Son nə zaman gələcək?

 Müqəddəs Kitabda sonun tarixi göstərilmir (Mətta 24:36). Amma orada yazılanlardan bilirik ki, son çox yaxındır. Müqəddəs Kitabda bunlar peyğəmbərlik olunub:

 Çoxları o fikirlə razıdır ki, 1914-cü ildən bəri dünyada hökm sürən vəziyyət Müqəddəs Kitabda yazılan peyğəmbərliklərə uyğundur və son yaxındır. Əlavə məlumat üçün «Müqəddəs Kitab xronologiyası 1914-cü il haqda nə deyir?» və «Axırzamanda yaşayırıq?» adlı məqalələrə baxın.

Müqəddəs Kitaba görə, «apokalipsis» nədir?

 Müqəddəs Kitabın bəzi tərcümələrində «apokalipsis» kimi tərcümə edilən yunan sözü əsasən «açıqlama» deməkdir. Çox vaxt bu söz altında gizli qalmış məlumatların açıqlanması nəzərdə tutulur. Müqəddəs Kitabda həm də «İsanın… zühur edəcəyi [vaxtdan] [və ya apokalipsisdən]» danışılır. Həmin vaxt İsa yer üzünü pislərdən təmizləmək, Allahın xidmətçilərini isə mükafatlandırmaq üçün gələcək (2 Salonikililərə 1:6, 7; 1 Butrus 1:7, 13).

 Müqəddəs Kitabın son bölməsi «Apokalipsis» və ya «Vəhy» adlanır, çünki orada gələcək hadisələr açıqlanır (Vəhy 1:1). Bu bölmədə ümid verən xoş xəbər qələmə alınıb (Vəhy 1:3). Orada deyilir ki, Allah tezliklə bütün haqsızlıqlara son qoyacaq və Yer kürəsini cənnətə çevirəcək. Ağrı-acı, əzab-əziyyət və ölüm keçmişdə qalacaq (Vəhy 21:3, 4).

 Müqəddəs Kitabın bu möhtəşəm vədləri barədə daha çox bilmək istəyirsiniz? Onda elə bu gün Yehovanın Şahidləri ilə əlaqə saxlayın və pulsuz Müqəddəs Kitab dərslərindən yararlanın.