Kontentə keç

Yehovanın Şahidi olmazdan əvvəl hərbi xidmət keçmiş və sonradan dəfələrlə məsuliyyətə cəlb edilmiş Nam On-u (solda), Li Çon-Hyan (ortada), Nam Txe-hi (sağda)

3 MART 2021
CƏNUBİ KOREYA

Cənubi Koreyanın Ali Məhkəməsi ehtiyata buraxılmış qardaşların xeyrinə qərar çıxarıb

Cənubi Koreyanın Ali Məhkəməsi ehtiyata buraxılmış qardaşların xeyrinə qərar çıxarıb

28 yanvar 2021-ci il tarixində Cənubi Koreyanın Ali Məhkəməsi ehtiyata buraxılanların hərbi təlim keçməkdən əqidəyə görə imtina etməsinin cinayət olmadığını qət edib. Yehovanın Şahidi olmazdan əvvəl hərbi qüvvələrdə xidmət keçmiş qardaşlarımız artıq məsuliyyətə cəlb edilməyəcək.

Cənubi Koreyada hərbi qüvvələrdə xidmət keçmiş kişilərin hamısı səkkiz il ərzində ehtiyata buraxılanlar üçün keçirilən müntəzəm təlimlərə qatılmalıdır. Bu o deməkdir ki, həqiqətdən əvvəl hərbi xidmət keçmiş qardaşlarımızı hər dəfə təlim keçmək üçün çağıra və imtina etdiklərinə görə cəzalandıra bilərdilər. Bir qardaş il ərzində polisə, prokurorluğa, birinci və apellyasiya instansiyası məhkəmələrinə düz 60 dəfə gedib-gəlmişdi.

2018-ci ildə Cənubi Koreyanın iki yüksək məhkəmə instansiyaları: Konstitusiya Məhkəməsi və Ali Məhkəmə qət etdi ki, əqidəyə görə hərbi xidmət keçməkdən imtina etmək cinayət deyil. Bundan sonra ölkədə alternativ mülki xidmətin təsis ediləcəyinə ümid yarandı. Lakin məhkəmələrin qərarlarında «Ehtiyatda olan qüvvələr haqqında» Qanuna toxunulmurdu. Həmin qanuna əsasən, ehtiyata buraxılanlar hərbi təlimə qatılmaqdan dini əqidələrinə görə imtina etdikdə buna görə cəzalandırıla bilərdi.

Ali Məhkəmə son qərarı ilə qət etdi ki, ehtiyata buraxılanların hərbi təlim keçməkdən dini əqidələrinə görə imtina etməsi cinayət deyil. Uzun illər davam edən məhkəmə araşdırmalarından sonra qardaşlar, nəhayət ki, cərimələnmə və həbsə salınma təhlükələri olmadan alternativ mülki xidmət üçün ərizə verə bilər. Belə işlərdən biri üzrə cavabdeh olan Nam Txe-hi deyir: «Son səkkiz il ərzində mən bir neçə iş üzrə cavabdeh idim. Amma nəhayət ki, məhkəmə hüquqlarımı tanındı. Çiyinlərimdən sanki ağır yük götürüldü».

Biz Allah qarşısında vicdanlarını təmiz saxlamaqdan ötrü əzablara qatlaşan və haqsızlığa məruz qalan koreyalı qardaşların və onların ailə üzvlərinin sevincinə şərikik və bu hüquqi qələbəyə görə Yehovaya çox minnətdarıq (1 Butrus 2:19).