Kontentə keç

25 AVQUST 2017
NEPAL

Daşqın və torpaq sürüşmələri Nepalı viran qoydu

Daşqın və torpaq sürüşmələri Nepalı viran qoydu

Nepalda güclü musson yağışları daşqına və torpaq sürüşmələrinə gətirib çıxarıb. Nəticədə, 140-dan çox insan həyatını itirib, minlərlə insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Yolların və elektrik xətlərinin sıradan çıxması zərərçəkənlərə yardım göstərməyə çətinlik yaradır.

Nepaldakı Yehovanın Şahidlərinin fəaliyyətinə rəhbərlik edən Yaponiya filialı məlumat verir ki, Yehovanın Şahidləri arasında həyatını itirən və ya xəsarət alan olmayıb. Lakin evi su altında qalan ən azı dörd ailə öz evini tərk etmək məcburiyyətində olub. Yehovanın Şahidləri evsiz qalan iman bacı-qardaşlarının qayğısına qalıblar.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Yaponiya: İçiki Masunaqa, tel.: +81 46 233 0005

Nepal: Ruben Tapaliya, tel.: +977 9813469616