Kontentə keç

Mündəricatı göstər

Ahmad Gharabli/AFP via Getty Images

OYAQ QALIN!

Millətlər birləşsə, iqlim fəlakətinin qarşısını ala bilər? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Millətlər birləşsə, iqlim fəlakətinin qarşısını ala bilər? Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Bazar günü 20 noyabr 2022-ci il tarixində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) iclası başa çatdı. İqlim dəyişikliyinin təsirlərinin aradan qaldırması üçün kasıb ölkələrə maddi yardım göstərilməsi ilə bağlı əhəmiyyətli qərar qəbul edilsə də, çoxları anlayır ki, bu, problemi kökündən həll etməyəcək.

  •    19 noyabr 2022-ci il tarixində BMT-nin Baş katibi Antonio Quterreş belə demişdi: «Mən itki və zərər fondunun yaradılması ilə bağlı qərarı alqışlayıram. Amma aydındır ki, bu, kifayət deyil... Dünya hələ də “iqlim cəhənnəmi” ilə üz-üzədir».

  •    20 noyabr 2022-ci il tarixində İrlandiyanın keçmiş Prezidenti və BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Meri Robinson demişdi: «Dünya hələ də iqlim fəlakətinin astanasındadır».

 Xüsusilə də gənclər planetimizin gələcəyi ilə bağlı narahatdır. Bəs görəsən, millətlər birləşib, iqlim dəyişikliyinin qarşısını almaqla bağlı vədlərini yerinə yetirə bilərlər? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Millətlər birləşib, iqlim dəyişikliyinin qarşısı ala biləcəklər?

 Müqəddəs Kitabda aydın şəkildə açıqlanır ki, çox çalışmalarına və ürəkdən istəmələrinə baxmayaraq, insanlar iqlim fəlakətinin qarşısını almağa tam müvəffəq olmayacaqlar. Gəlin bunun iki səbəbinə baxaq.

  •    «Əyrini düzəltmək olmaz» (Vaiz 1:15).

     Mənası: Hökumətlər acizdir, çünki insanlar bir-birilərini idarə etməyə qadir deyillər (Ərəmya 10:23). Hətta millətlər birləşsə də, nə qədər çox çalışsa da, dünyadakı problemləri həll etməyə qabil olmayacaq.

  •    «Çünki insanlar xudbin, pulpərəst… barışmaz» olacaqlar (2 Timutiyə 3: 2, 3).

     Mənası: Müqəddəs Kitabda əvvəlcədən deyilmişdi ki, dövrümüzdəki insanların əksəriyyəti eqoist olacaqlar və əl-ələ verib xeyirli işlər görməyə can atmayacaqlar.

Amma ümid var

 Planetimizin gələcəyi insan hökumətlərinin vədlərindən asılı deyil. Allah İsa Məsihi dünyanın hökmdarı təyin edib. Onun haqqında Müqəddəs Kitabda deyilir:

  •    «Hakimiyyət onun çiynində olacaq. Onun adı Müdrik məsləhətçi, Qüdrətli ilah, Əbədiyyət atası, Sülh əmiri olacaq» (Əşiya 9:6).

 İsa Allahın Padşahlığının, yaxud səmavi hökumətin Padşahıdır (Mətta 6:10). O, qüdrətli və hikmətlidir; planetimizin və bəşəriyyətin rifahını düşünür (Zəbur 72:12, 16). Onun hakimiyyəti dövründə səmavi hökumət «yeri tələf edənləri»n qarşısını alacaq və yer kürəsini gülüstana çevirəcək (Vəhy 11:18; Əşiya 35:1, 7).

 Bəşəriyyəti hədələyən iqlim dəyişikliyinin birdəfəlik həlli barədə ətraflı məlumat almaq üçün «İqlim dəyişikliyi və gələcəyimiz. Müqəddəs Kitabda bu barədə nə deyilir?» adlı məqaləni oxuyun.