Kontentə keç

Müqəddəs Kitabda «göy» sözü hansı mənalarda işlənir?

Müqəddəs Kitabda «göy» sözü hansı mənalarda işlənir?

Müqəddəs Yazıların cavabı

 «Göy» sözü Müqəddəs Kitabda üç əsas mənada: 1) göy üzü; 2) ruhani aləm; 3) yüksək mövqe və ya səlahiyyət rəmzi kimi işlədilir. Hansı mənada işlədildiyini konteksdən müəyyən etmək olar a.

  1.   Göy üzü. «Göy» sözü bu mənada işlənəndə Yer kürəsinin atmosferini, yəni küləyin əsdiyi, quşların uçduğu, yağış və qar əmələ gətirən buludların olduğu və ildırımın çaxdığı yeri nəzərdə tutur (Zəbur 78:26; Məsəllər 30:19; Əşiya 55:10; Luka 17:24). Bu həmçinin fəzanı, yəni günəşin, ayın, ulduzların olduğu yeri də bildirir (Qanunun təkrarı 4:19; Yaradılış 1:1).

  2.   Ruhani aləm. «Göy» termini həm də ruhani göylərə və ya ruhani aləmə aid istifadə olunur. Yəni fəzanın hüdudlarından kənarda olan məkan nəzərdə tutulur (1 Padşahlar 8:27; Yəhya 6:38). Bu ruhani aləm ruhani Varlıq olan Yehova Allaha məxsusdur. Həmçinin Allahın yaratdığı mələklər də oradadır (Yəhya 4:24; Mətta 24:36). Bəzən göylər sadiq mələklərin toplaşdığı «müqəddəslər məclisi»ni təmsil edir (Zəbur 89:5—7).

     Müqəddəs Kitabda «göylər» sözü həmçinin Yehovanın «məskəni» olan ruhani aləmin xüsusi bir hissəsi kimi istifadə olunur (1 Padşahlar 8:43, 49; İbranilərə 9:24; Vəhy 13:6). Misal üçün, Müqəddəs Kitabda peyğəmbərlik edilir ki, Şeytan və onun cinləri göydən yerə atıldı və bir daha Yehovanın məskəninə girə bilmədi. Bununla belə, onlar hələ də ruhani aləmdədirlər (Vəhy 12:7—9, 12).

  3.   Yüksək mövqe və ya səlahiyyət rəmzi. Müqəddəs Kitabda «göy» sözü yüksək mövqeyi bildirmək üçün istifadə edilir. Adətən, hakimiyyətlə əlaqədar işlədilir. İstifadə olunduğu yerlərdən bəziləri bunlardır:

Göy nəyə bənzəyir?

 Ruhani aləm fəal məkandır. Orada Yehovanın sözünü eşidən yüz milyonlarla ruhani varlıqlar yaşayır (Zəbur 103:20, 21; Dənyal 7:10).

 Müqəddəs Kitabda göy parıltı kimi təsvir edilir (1 Timutiyə 6:15, 16). Hizqiyal peyğəmbər göylərlə bağlı aldığı görüntüdə parıltıya diqqət çəkmişdi. Dənyal peyğəmbər də göylə bağlı gördüyü görüntüdə «odlu çay» görmüşdü (Hizqiyal 1:26—28; Dənyal 7:9, 10). Göylər müqəddəs, pak və gözəldir (Zəbur 96:6; Əşiya 63:15; Vəhy 4:2, 3).

 Müqəddəs Kitabın göylər haqda dediklərindən belə bir təəssürat oyanır ki, ora heyrətamiz, həşəmətlidir (Hizqiyal 43:2, 3). Sözsüz ki, insan əqli göyləri və ruhani aləmi tam dərk edə bilməz.

a İbrani dilindən tərcümə olunan «göy» sözünün kökü «yüksək» və ya «uca» deməkdir (Məsəllər 25:3) («The New Brown, Driver, and Briggs Hebrew and English Lexicon of the Old Testament», səhifə 1029).

b MakKlintok və Stronqsun «Ensiklopediyası»nda qeyd olunur ki, Əşiya 65:17 ayəsində yeni göylər sözü «yeni hakimiyyət, yeni padşahlıq» mənasını verir (IV cild, səhifə 122).