Kontentə keç

Müqəddəs ruh nədir?

Müqəddəs ruh nədir?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs ruh Allahın fəal qüvvəsi, yəni fəaliyyətdə olan gücüdür (Mikeya 3:8; Luka 1:35). Allah iradəsini yerinə yetirmək üçün gücünü lazım olan yerə yönəldir, yəni müqəddəs ruhunu ora göndərir (Məzmur 104:30; 139:7).

 İbrani sözü «ruax» və yunan sözü «pnevma» Müqəddəs Kitabda «ruh» kimi tərcümə edilib. Əksər hallarda bu sözlər Allahın fəal qüvvəsinə, yəni müqəddəs ruhuna aid işlədilir (Yaradılış 1:2). Lakin Müqəddəs Kitabda bu sözlər başqa mənalarda da istifadə edilir:

 Bu mənalar arasında oxşar bir cəhət var: bunların hər biri insanın görə bilmədiyi, amma təsirini hiss etdiyi şeylərdir. Eynilə, Allahın ruhu «külək kimi gözəgörünməz, qeyri-maddi bir şeydir və güclüdür» («An Expository Dictionary of New Testament Words», Uilyam Vayn).

 Bundan başqa, Allahın Kəlamında müqəddəs ruh Allahın «əlləri» və «barmaqları» adlanır (Məzmur 8:3; 19:1; Luka 11:20, haşiyə; müqayisə et: Matta 12:28). Sənətkar nəyinsə üzərində işləyərkən əllərindən və barmaqlarından istifadə etdiyi kimi, Allah da müqəddəs ruhu ilə:

Müqəddəs ruh şəxsiyyət deyil

 Müqəddəs Kitabda Allahın ruhunun «əllər», «barmaqlar» və «nəfəs» adlanması onun şəxsiyyət olmadığını göstərir (Çıxış 15:8, 10). Sənətkarın əlləri beynindən və bədənindən sərbəst şəkildə hərəkət edə bilmədiyi kimi, müqəddəs ruh da yalnız Allahın yönləndirməsi ilə hərəkət edə bilir (Luka 11:13). Müqəddəs Kitabda Allahın ruhu həm suya bənzədilir, həm də iman və bilik kimi şeylərlə əlaqələndirilir. Bu bənzətmələr müqəddəs ruhun şəxsiyyət olmadığına dəlalət edir (Yeşaya 44:3; Həvarilərin işləri 6:5; 2 Korinflilərə 6:6).

 Müqəddəs Kitabda Allahın adı Yehova, Oğulun adı isə İsa olduğu deyilir, ancaq heç bir yerdə müqəddəs ruhun adı olduğu deyilmir (Yeşaya 42:8; Luka 1:31). İsanın şagirdi Stefan Allahın möcüzəvi şəkildə göstərdiyi görüntüdə göydə üç yox, iki nəfəri görmüşdü. Müqəddəs Kitabda deyilir: «Müqəddəs ruhla dolmuş Stefan... göyə baxdı və orada Allahın şan-şöhrətini və Onun sağında duran İsanı [gördü]» (Həvarilərin işləri 7:55). Stefan bu görüntünü Allahın fəaliyyətdə olan qüvvəsi, yəni müqəddəs ruhu sayəsində görə bilmişdi.

Müqəddəs ruh haqda yanlış fikirlər

 Yalan. Müqəddəs Kitabın bəzi tərcümələrində 1 Yəhya 5:7, 8 ayələrini oxuyanda elə təəssürat yaranır ki, «ruh» şəxsiyyətdir və Üç üqnumun bir hissəsidir.

 Həqiqət. Məsələn, «Müqəddəs Kitab Şirkətinin» 2009-cu ildə buraxdığı nəşrdə 1 Yəhya 5:7, 8 ayələrinin haşiyəsində belə yazılıb: «Yunan dilində ilk nəşr olunan mətndə və bəzi tərcümələrdə Bəli göydə üç şahid var: Ata, Kəlam və Müqəddəs Ruh; bunların üçü də birdir. Yerdə də üç şahid var». Amma tədqiqatçılar bu sözləri həvari Yəhyanın yazmadığını və Müqəddəs Kitabın orijinal mətnində olmadığını müəyyən etmişlər. Professor Brüs Metsqer yazıb: «Bu parça saxtadır və heç bir vəchlə İncildə yazılmamalıdır» («A Textual Commentary on the Greek New Testament»).

 Yalan. Allahın Kəlamında müqəddəs ruha insani keyfiyyətlərin aid edilməsi onun şəxsiyyət olduğunu göstərir.

 Həqiqət. Bəzən Allahın Kəlamında müqəddəs ruha insani keyfiyyətlər aid edilsə də, bu, onun şəxsiyyət olduğunu sübut etmir. Müqəddəs Kitabda insani keyfiyyətlər müdriklik, ölüm və günaha da aid edilir (Süleymanın məsəlləri 1:20; Romalılara 5:17, 21). Misal üçün, hikmət barədə deyilir ki, onun «əməlləri» və «övladları» var. Günah barədə isə yazılıb ki, o tovlaya, öldürə və tamahkarlıq oyada bilər (Matta 11:19; Luka 7:35; Romalılara 7:8, 11).

 Eynilə, həvari Yəhya İsa Məsihin sözlərini sitat gətirəndə müqəddəs ruhu «köməkçi» (paraklit) adlandırdı və ona insani keyfiyyətlər aid edərək dəlillər gətirən, yol göstərən, danışan, eşidən, xəbər verən, şöhrətləndirən və xəbər çatdıran olduğunu dedi. «Köməkçi»yə istinadən Yəhya kişi cinsi üçün şəxs əvəzliyindən istifadə etmişdi (Yəhya 16:7—15). Yunan dilində «köməkçi» (parakletos) kişi cinsinə aid isim olduğu üçün, yunan dilinin qrammatikasına əsasən, kişi cinsi üçün olan şəxs əvəzliyindən istifadə olunmalıdır. Yəhya müqəddəs ruhdan danışarkən orta cinsdən olan «pnevma» sözünü işlədəndə orta cins üçün şəxs əvəzliyindən istifadə etmişdi (Yəhya 14:16, 17).

 Yalan. Müqəddəs ruhun adı ilə vəftiz olunmaq onun şəxsiyyət olduğunu sübut edir.

 Həqiqət. Müqəddəs Kitabda bəzən «ad» sözü kiminsə sahib olduğu vəzifəyə və hakimiyyətə işarə edir (Qanunun təkrarı 18:5, 19—22; Ester 8:10). Azərbaycan dilində «dövlətin adından» ifadəsi işlənilir, amma bu o demək deyil ki, dövlət şəxsiyyətdir. Eynilə, müqəddəs ruhun adi ilə vəftiz olan insan onun gücünü və Allahın iradəsinin yerinə yetməsində rolunu qəbul etdiyini göstərir (Matta 28:19, Müqəddəs Kitab Şirkəti, 2009).

 Yalan. İsa Məsihin həvariləri və digər erkən şagirdləri müqəddəs ruhun şəxsiyyət olduğuna inanırdılar.

 Həqiqət. Nə Müqəddəs Kitab, nə də ki tarix bu fikri dəstəkləmir. «Britaniya ensiklopediyası»nda deyilir: «Müqəddəs Ruhun ayrı ilahi Şəxsiyyət olması barədə tərif eramızın 381-ci ilində Konstantinopol qurultayında qəbul edilmişdi». Bu qurultay keçiriləndə sonuncu həvarinin ölümündən 250 ildən çox vaxt keçmişdi.